QR CodeQR Code

Misir və İordaniya İsrailin səfirlərini XİN-ə çağırıblar

10 May 2021 14:24

İslamTimes: Misir İsrailin səfirini Qahirədə XİN-ə çağırıb. Eləcə də İordaniya İsrailin səfir əvəzini bu ölkədə XİN-ə çağırıb.


SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, Misir hökuməti İsrail qüvvələrinin əl-Əqsa məscidinə basqın etməsinə görə İsrailin Qahirədəki səfirini XİN-ə çağırıb.

Eləcə də İordaniya hökuməti eyni addımı atıb və İsrailin bu ölkədəki diplomatik nümayəndəsini XİN-ə çağırıb.

Bu arada Qüdsün İslam Vəqfi Təşkilatı İordaniya hökumətini əl-Əqsa məscidini müdafiə etməyə çağırıb.

Eyni zamanda Fələstin Muxtariyyəti BMT TŞ-nı Fələstinlilərin təhlükəsizliyini təmin etməyə çağırıb.

Qeyd edək ki, təkcə bu gün İsrail qüvvələrinin əl-Əqsa məscidinə basqını zamanı azı 200 fələstinli yaralanıb və biri həyatını itirib.


Story Code: 931837

News Link :
https://www.islamtimes.org/az/news/931837/misir-və-iordaniya-israilin-səfirlərini-xin-ə-çağırıblar

Islam Times
  https://www.islamtimes.org