QR CodeQR Code

İşğalçı İsrailə etirazlar artır - Türkiyə də səssizliyi pozdu

إسلام تايمز , 10 May 2021 15:20

İslamTimes: İşğalçı İsrail rejiminin fələstinlilərə qarşı vəhşilikləri bütün dünyanın etirazına səbəb olub


Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Tvitterdə yazıb: "Sionist rejim Qüds şəhərində fələstinlilərə hücumları dayandırmalı və yəhudilərin Məscidül-Əqsa Məscidinin həyətinə soxulmasının qarşısını almalıdır! Qüdsdəki hər bir şiddət, qarşıdurmaya görə məhz İsrail rəhbərliyi məsuliyyət daşıyır. Beynəlxalq ictimaiyyət Sionist rejimin öz vətənlərində zülmə məruz qalan günahsız fələstinli mülki vətəndaşlara qarşı bitməyən hücumlarını dayandırmaq üçün ən qısa müddətdə hərəkətə keçməlidir!"

Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin rəhbəri Fəxrəddin Altın bu məsələ ilə bağlı daha sərt çıxış edərək, beynəlxalq ictimaiyyətdən İsraili yerində oturtmasını tələb edib.


Story Code: 931842

News Link :
https://www.islamtimes.org/az/news/931842/işğalçı-israilə-etirazlar-artır-türkiyə-də-səssizliyi-pozdu

Islam Times
  https://www.islamtimes.org