QR CodeQR Code

İsrailin bu gün Qəzzada qaçqın düşərgəsinə aviazərbəsində 11 uşaq və qadın həlak olub

15 May 2021 10:03

İslamTimes: İşğalçı İsrail təyyarələri bu gün Qəzzada əş-Şati qaçqın düşərgəsinə şiddətli hava zərbələri endirib. Burada 8 uşaq və üç qadın həyatını itirib.


SalamNews Fələstin Media Mərkəzinin saytı Palinfo.com-a istinadla xəbər verir ki, işğalçı İsrailin bu gün Qəzzada əş-Şati qaçqın düşərgəsinə endirdiyi şiddətli hava zərbələri nəticəsində 8-i uşaq və 3-ü qadın olmaqla 11 nəfər həlak olub.

Bununla da son 6 gündə Qəzzaya edilən hücumlar nəticəsində ölənlərin sayı 140-a çatıb.

Bundan savayı ötən gün Qəzzaya dəstək məqsədilə işğal altındakı İordan çayının qərbində keçirilən aksiyalarda və buradakı qarşıdurmalar zamanı daha 11 fələstinli həyatını itirib.

Fələstinli hərəkatlar cavab olaraq İsrailin Beer-Şava, Aşdod, Sderot, Təl-Əviv, Aşkelon və ən-Nəqib bölgələri istiqamətində raketlər atıblar.


Story Code: 932594

News Link :
https://www.islamtimes.org/az/news/932594/israilin-bu-gün-qəzzada-qaçqın-düşərgəsinə-aviazərbəsində-11-uşaq-və-qadın-həlak-olub

Islam Times
  https://www.islamtimes.org