QR CodeQR Code

Fələstinə hücumlarda BƏƏ Sionist rejimlə gizli əməkdaşlıq edib?

إسلام تايمز , 16 May 2021 16:40

İslamTimes: Məlumatlı mənbələr BƏƏ-nin işğalçı İsrailin Qüds və Qəzza zolağına qarşı başlatdığı müharibədə sionist rejimlə hərbi əməkdaşlıq etdiyini bildiriblər.


Adan News xəbər verir ki, Əbu-Dabi, Dubayla Tel-Əviv arasında uçuşlar son günlərdə kəskin şəkildə artıb. Əbu Dabi vəliəhdi Məhəmməd bin Zayedin bu yolla işğalçı İsraildəki müttəfiqlərinə dəstək olduğu iddia edilir.

İşğal olunmuş Fələstin ərazisində yaşayan bir çox Amerika və Avropa vətəndaşı bu təyyarələr vasitəsi sionist rejimi tərk edib.

BƏƏ şeyxinin nəyin bahasına olursa olsun, Netanyahu və sionist rejimə yardım məqsədi ilə İsrailə raket və ehtiyat hissələri çatdırılmasını göstəriş verdiyi də iddia olunur.

"News of Israel" bildirib ki, BƏƏ Qəzza sektorunda həyata keçirməyə planlaşdırdığı "İbrahim" (Abraham) kimi bəzi layihələri də dayandıracağı ilə bağlı Fələstin rəsmilərinə xəbərdarlıq edib.


Story Code: 932843

News Link :
https://www.islamtimes.org/az/news/932843/fələstinə-hücumlarda-bəə-sionist-rejimlə-gizli-əməkdaşlıq-edib

Islam Times
  https://www.islamtimes.org