0
Sunday 16 May 2021 - 16:40

Fələstinə hücumlarda BƏƏ Sionist rejimlə gizli əməkdaşlıq edib?

Story Code : 932843
Fələstinə hücumlarda BƏƏ Sionist rejimlə gizli əməkdaşlıq edib?
Adan News xəbər verir ki, Əbu-Dabi, Dubayla Tel-Əviv arasında uçuşlar son günlərdə kəskin şəkildə artıb. Əbu Dabi vəliəhdi Məhəmməd bin Zayedin bu yolla işğalçı İsraildəki müttəfiqlərinə dəstək olduğu iddia edilir.

İşğal olunmuş Fələstin ərazisində yaşayan bir çox Amerika və Avropa vətəndaşı bu təyyarələr vasitəsi sionist rejimi tərk edib.

BƏƏ şeyxinin nəyin bahasına olursa olsun, Netanyahu və sionist rejimə yardım məqsədi ilə İsrailə raket və ehtiyat hissələri çatdırılmasını göstəriş verdiyi də iddia olunur.

"News of Israel" bildirib ki, BƏƏ Qəzza sektorunda həyata keçirməyə planlaşdırdığı "İbrahim" (Abraham) kimi bəzi layihələri də dayandıracağı ilə bağlı Fələstin rəsmilərinə xəbərdarlıq edib.