QR CodeQR Code

Misir öz səfirini Tel-Əvivdən geri çağırdı

20 Aug 2011 17:22

IslamTimes - Misir dövləti İsrail ordusunun törətdiyi son qətllərə etiraz olaraq öz səfirini Tel-Əvivdən geri çağırıb.


“IslamTimes” “Reuters”-ə istinadən xəbər verir ki, Misir dövləti bu gün səhər bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, işğal olunmuş Fələstin sərhədləri yaxınlığında üç Misir hərbiçisinin sionistlər tərəfindən qətlinə etiraz olaraq Misir səfiri İsraildən geri çağırılıb. Qahirə İsrail ordusunun bu cinayətini məhkum edib. Hələ ötən gün Tel-Əvivə rəsmi etiraz bildirilib. Xatırladaq ki, cümə axşamı günü işğal olunmuş Fələstin sərhədləri yaxınlığında İsrail hərbiçiləri üç Misir hərbiçisini qətlə yetirib, yeddisini yaralayıb. Qahirədə İsrailin səfirliyi qarşısında etiraz aksiyası keçirilib.


Story Code: 93295

News Link :
https://www.islamtimes.org/az/news/93295/misir-öz-səfirini-tel-əvivdən-geri-çağırdı

Islam Times
  https://www.islamtimes.org