QR CodeQR Code

İordan çayının qərbində İsrail qüvvələrinin atəşi nəticəsində 23 fələstinli həyatını itirib

18 May 2021 15:29

İslamTimes: Cari qarşıdurmalar başlayandan indiyədək İordan çayının qərbində 23 fələstinli İsrail qüvvələrinin atəşi və hücumu nəticəsində həyatını itirib.


SalamNews Anadolu.Arabic-ə istinadla xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat verib.

Bildirilib ki, qarşıdurmalar başlayandan İordan çayının qərbində 23 fələstinli İsrail qüvvələrinin atəşi və hücumuna məruz qalaraq həyatını itirib.

Qeyd edək ki, bu gün işğal altında və mühasirədə olan İordan çayının qərb sahilinin bütün bölgələri, eləcə də İsrailin daxilində ərəblərin yaşadığı bölgələrdə etiraz əlaməti olaraq ümumi tətil və aksiya günü elan edilib.


Story Code: 933215

News Link :
https://www.islamtimes.org/az/news/933215/iordan-çayının-qərbində-israil-qüvvələrinin-atəşi-nəticəsində-23-fələstinli-həyatını-itirib

Islam Times
  https://www.islamtimes.org