QR CodeQR Code

Bitkoin ötən ayın rekordundan sonra kəskin ucuzlaşdı

20 May 2021 11:02

İslamTimes: Bitkoinin məzənnəsi aprel ayında qeydə alınmış tarixi rekord həddinə nisbətən 2,1 dəfə ucuzlaşıb.


Teleqraf.com xəbər verir ki, Bakı vaxtı ilə saat 17:13-ə olan vəziyyətə görə, ən böyük kriptovalyuta birjası olan “Binance”-da bitkoin 29 faiz ucuzlaşaraq 31,4 min ABŞ dollarından satılıb. Hərrac zamanı bitkoinin məzənnəsi yanvarın 25-dən bəri ilk dəfə 30 min dollaradək azalıb.

Həmçinin, 20-dən artıq birjanın göstəriciləri əsasında orta rəqəm təqdim edən CoinMarketCap-a görə bitkoin gün ərzində 29,8 faiz ucuzlaşaraq 30.858 dollardan satılıb.

Xatırladaq ki, aprelin 14-də bitkoinin məzənnəsi tarixi rekordunu növbəti dəfə yeniləyərək 64.854 ABŞ dollarından satılmışdı.


Story Code: 933543

News Link :
https://www.islamtimes.org/az/news/933543/bitkoin-ötən-ayın-rekordundan-sonra-kəskin-ucuzlaşdı

Islam Times
  https://www.islamtimes.org