0
Thursday 20 May 2021 - 11:02

Bitkoin ötən ayın rekordundan sonra kəskin ucuzlaşdı

Story Code : 933543
Bitkoin ötən ayın rekordundan sonra kəskin ucuzlaşdı
Teleqraf.com xəbər verir ki, Bakı vaxtı ilə saat 17:13-ə olan vəziyyətə görə, ən böyük kriptovalyuta birjası olan “Binance”-da bitkoin 29 faiz ucuzlaşaraq 31,4 min ABŞ dollarından satılıb. Hərrac zamanı bitkoinin məzənnəsi yanvarın 25-dən bəri ilk dəfə 30 min dollaradək azalıb.

Həmçinin, 20-dən artıq birjanın göstəriciləri əsasında orta rəqəm təqdim edən CoinMarketCap-a görə bitkoin gün ərzində 29,8 faiz ucuzlaşaraq 30.858 dollardan satılıb.

Xatırladaq ki, aprelin 14-də bitkoinin məzənnəsi tarixi rekordunu növbəti dəfə yeniləyərək 64.854 ABŞ dollarından satılmışdı.