QR CodeQR Code

Cavad Zərif sabah Azərbaycana rəsmi səfərə gələcək

24 May 2021 14:47

İslamTimes: İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif sabah, çərşənbə axşamı günü Azərbaycana səfər edəcək.


SalamNews xəbər verir ki, İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif İran və Azərbaycan Respublikası rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində sabah, çərşənbə axşamı günü Bakıya rəsmi səfərə gələcək və Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

Bu səfərin əsas məqsədi ikitərəfli münasibətlərdəki son inkişafları və ən vacib regional və beynəlxalq məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaqdır.

İranın XİN-in mətbuat katibi Səid Xətibzadənin sözlərinə görə Cavad Zərif bu xarici səfəri çərçivəsində Ermənistana da gedəcək.


Story Code: 934232

News Link :
https://www.islamtimes.org/az/news/934232/cavad-zərif-sabah-azərbaycana-rəsmi-səfərə-gələcək

Islam Times
  https://www.islamtimes.org