0
Monday 24 May 2021 - 14:47

Cavad Zərif sabah Azərbaycana rəsmi səfərə gələcək

Story Code : 934232
Cavad Zərif sabah Azərbaycana rəsmi səfərə gələcək
SalamNews xəbər verir ki, İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif İran və Azərbaycan Respublikası rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində sabah, çərşənbə axşamı günü Bakıya rəsmi səfərə gələcək və Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

Bu səfərin əsas məqsədi ikitərəfli münasibətlərdəki son inkişafları və ən vacib regional və beynəlxalq məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaqdır.

İranın XİN-in mətbuat katibi Səid Xətibzadənin sözlərinə görə Cavad Zərif bu xarici səfəri çərçivəsində Ermənistana da gedəcək.