QR CodeQR Code

Son beş gündə ikinci dəfə olaraq Yəməndə Səudiyyə Ərəbistanına məxsus PUA vurulub

24 May 2021 20:16

İslamTimes: Yəmənin əl-Couf əyalətində Səudiyyə Ərəbistanı hərbi koalisiyasına məxsus hərbi-kəşfiyyat pilotsuz təyyarəsi vurulub.


SalamNews xəbər verir ki, bu barədə əl-Məsira telekanalı mərkəzi qərargahları paytaxtı Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”nin (husilər) mətbuat xidmətinə istinadla məlumat verib.

Bildirilib ki, ötən gün Yəmənin əl-Couf əyalətində mahiyyəti açıqlanmayan havadan müdafiə raketilə Səudiyyə Ərəbistanına məxsus Çin istehsalı olan “CH-4” hərbi-kəşfiyyat pilotsuz təyyarəsi vurularaq salınıb.

Husilər cari ayın 20-də Səudiyyə Ərəbistanın Nəcran əyaləti səmasından gələn Çin istehsalı olan “Wing Loong2” hərbi PUA-sı vurularaq saldıqlarını bildirmişdilər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hərbi koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.


Story Code: 934312

News Link :
https://www.islamtimes.org/az/news/934312/son-beş-gündə-ikinci-dəfə-olaraq-yəməndə-səudiyyə-ərəbistanına-məxsus-pua-vurulub

Islam Times
  https://www.islamtimes.org