0
Monday 24 May 2021 - 20:16

Son beş gündə ikinci dəfə olaraq Yəməndə Səudiyyə Ərəbistanına məxsus PUA vurulub

Story Code : 934312
Son beş gündə ikinci dəfə olaraq Yəməndə Səudiyyə Ərəbistanına məxsus PUA vurulub
SalamNews xəbər verir ki, bu barədə əl-Məsira telekanalı mərkəzi qərargahları paytaxtı Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”nin (husilər) mətbuat xidmətinə istinadla məlumat verib.

Bildirilib ki, ötən gün Yəmənin əl-Couf əyalətində mahiyyəti açıqlanmayan havadan müdafiə raketilə Səudiyyə Ərəbistanına məxsus Çin istehsalı olan “CH-4” hərbi-kəşfiyyat pilotsuz təyyarəsi vurularaq salınıb.

Husilər cari ayın 20-də Səudiyyə Ərəbistanın Nəcran əyaləti səmasından gələn Çin istehsalı olan “Wing Loong2” hərbi PUA-sı vurularaq saldıqlarını bildirmişdilər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hərbi koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.