QR CodeQR Code

İranın xarici işlər nazirinin Azərbaycana səfəri başladı

25 May 2021 00:20

İslamTimes: İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri başlayıb.


Bu barədə “Report”a İranın Azərbaycandakı Səfirliyindən bildirilib.

Səfər İran İslam Respublikası və Azərbaycan Respublikası rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində baş tutur. İranın xarici siyasət idarəsinin rəhbəri Azərbaycanın bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

Səfərin əsas məqsədi ikitərəfli münasibətlərdəki son inkişafları və ən vacib regional və beynəlxalq məsələləri müzakirə etmək, fikir mübadiləsi aparmaqdır.


Story Code: 934346

News Link :
https://www.islamtimes.org/az/news/934346/iranın-xarici-işlər-nazirinin-azərbaycana-səfəri-başladı

Islam Times
  https://www.islamtimes.org