QR CodeQR Code

ABŞ-da silahlı insident nəticəsində azı 3 nəfər ölüb

25 May 2021 08:48

İslamTimes: ABŞ-ın Ohayo ştatının Uest Cefferson şəhərində silahlı insident baş veriib.


APA NBC telekanalına istinadən xəbər verir ki, Cakson küçəsindəki evlərdən birində üç nəfərin güllənmiş cəsədi tapıldı.

Binanın ətrafında daha bir neçə meyitin olduğu bildirilib. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, onların dəqiq sayı hələ bilinmir. Atışma yerli vaxtla saat 17:27-də baş verib.

Hadisə yeri mühasirəyə alınıb, polis əraziyə baxış keçirir. Polis ölənlərin kimliyini müəyyənləşdirir.


Story Code: 934373

News Link :
https://www.islamtimes.org/az/news/934373/abş-da-silahlı-insident-nəticəsində-azı-3-nəfər-ölüb

Islam Times
  https://www.islamtimes.org