QR CodeQR Code

ABŞ-ın dəstəklədiyi kürdlər Suriyada seçkilərə mane olur

إسلام تايمز , 25 May 2021 23:31

İslamTimes: Amerikanın dəstəklədiyi kürdlər Suriyada keçiriləcək prezident seçkilərinə müxtəlif yollarla mane olmağa çalışır


Suriyada "Kürd Muxtariyyəti" adı altında birləşən kürdlər bəyanat yayaraq bildirib ki, ölkənin şimal-şərqində hökumətin nəzarəti altında olan ərazilərdə müştərək keçidlər qapadılıb.

"Kürdüstan-24" xəbər saytı qeyd edib ki, Kürd Muxtariyyəti bu keçidləri Suriyada keçiriləcək prezident seçkiləri ilə eyni vaxtda qapatmaq qərarına gəlib.

Kürd Muxtariyyətinə bağlı olan "Suriya Demokratik Şurası" da iddia edib ki, Suriya seçkilərinin problemsiz baş tutması üçün yardım etməyəcək.

Qeyd edək ki, ABŞ-a bağlı olan kürdlərin bu hərəkəti bu bölgələrin sakinlərinin Suriya seçkilərində iştirakının qarşısını alır.


Story Code: 934522

News Link :
https://www.islamtimes.org/az/news/934522/abş-ın-dəstəklədiyi-kürdlər-suriyada-seçkilərə-mane-olur

Islam Times
  https://www.islamtimes.org