QR CodeQR Code

Bayden: “Şimal axını-2”yə qarşı sanksiyaların tətbiq edilməsinin əks təsiri olacaq

26 May 2021 08:48

İslamTimes: “Rusiyaya məxsus “Şimal axını-2” qaz boru kəmərinin tikintisi demək olar ki, başa çatıb və layihəyə sanksiyaların tətbiq edilməsi ABŞ-ın Avropa ilə münasibətlərində əks nəticə verəcək”.


APA TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı ABŞ Prezidenti Co Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Qeyd edək ki, “Şimal axını-2” layihəsi Rusiyadan Baltik dənizi ilə Almaniyaya qədər uzanan, ümumi gücü 55 milyard kubmetr olan 2 qaz boru kəmərinin inşasını nəzərdə tutur.

Kəmərin inşası 2019-cu ilin dekabrında İsveçrənin “Allseas” bölgəsində ABŞ-ın mümkün sanksiyaları səbəbindən dayandırılmışdı.

Qaz boru kəmərinin inşası 2020-ci ilin dekabrından etibarən - bir illik fasilədən sonra bərpa edilib. Hazırda kəmərin 95 faizi inşa edilib.


Story Code: 934557

News Link :
https://www.islamtimes.org/az/news/934557/bayden-şimal-axını-2-yə-qarşı-sanksiyaların-tətbiq-edilməsinin-əks-təsiri-olacaq

Islam Times
  https://www.islamtimes.org