QR CodeQR Code

Ayətullah Xamenei prezident seçkiləri ilə bağlı İran xalqına çağırış etdi

27 May 2021 15:39

İslamTimes: Ayətullah Seyid Əli Xamenei bu gün ölkə parlamentinin üzvləri qarşısında videokonfrans formatında çıxışı zamanı ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı İran xalqına müraciət edib.


Ayətullah Xamenei verdiyi açıqlama zamanı bildirib:
"Əziz İran xalqı bilməlidir ki, seçkilər bir gün olsa da, təsiri illərlə qalır. Seçkiləri özünüzə aid bilin. Allahdan diləyin ki, sizi ən layiqlisini seçməyə istiqamətləndirsin".

Həmçinin son günlərdə Nəzarət Şurası tərəfindən namizədlərin seçkilərə qatılmaq səlahiyyətlərinin araşdırılması və bu istiqamətdə görünən tədbirlərə toxunan Ali lider vətəndaşlardan seçkiləri gözdən salanlara fikir verməməyi istəyib.

Bundan əlavə, Ayətullah Xamenei namizədliyi qəbul edilməyənlərə şuranın qərarlarına hörmət göstərdikləri üçün təşəkkür edib. /Eastnews/


Story Code: 934827

News Link :
https://www.islamtimes.org/az/news/934827/ayətullah-xamenei-prezident-seçkiləri-ilə-bağlı-iran-xalqına-çağırış-etdi

Islam Times
  https://www.islamtimes.org