0
Thursday 27 May 2021 - 15:39

Ayətullah Xamenei prezident seçkiləri ilə bağlı İran xalqına çağırış etdi

Story Code : 934827
Ayətullah Xamenei prezident seçkiləri ilə bağlı İran xalqına çağırış etdi
Ayətullah Xamenei verdiyi açıqlama zamanı bildirib:
"Əziz İran xalqı bilməlidir ki, seçkilər bir gün olsa da, təsiri illərlə qalır. Seçkiləri özünüzə aid bilin. Allahdan diləyin ki, sizi ən layiqlisini seçməyə istiqamətləndirsin".

Həmçinin son günlərdə Nəzarət Şurası tərəfindən namizədlərin seçkilərə qatılmaq səlahiyyətlərinin araşdırılması və bu istiqamətdə görünən tədbirlərə toxunan Ali lider vətəndaşlardan seçkiləri gözdən salanlara fikir verməməyi istəyib.

Bundan əlavə, Ayətullah Xamenei namizədliyi qəbul edilməyənlərə şuranın qərarlarına hörmət göstərdikləri üçün təşəkkür edib. /Eastnews/