QR CodeQR Code

BMT rəsmisi Yəməndə!

إسلام تايمز , 30 May 2021 22:56

İslamTimes: BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Ənsarullah hərəkatının lideri ilə görüşüb


Yəmənin Ənsarullah hərəkatının sözçüsü bildirib ki, BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits Yəmənin Ənsarullah Hərəkatı lideri Seyid Əbdülməlik əl-Husi ilə görüşüb.

Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Əbdülməlik əl-Husi Yəməndəki humanitar vəziyyətin hərbi və ya siyasi məsələlərlə əlaqələndirilməsini qəbul etmədiyini söyləyib.

Görüşdə Əl-Husi BMT-nin Yəməndəki humanitar problemlərə yanaşmasını tənqid edib.

BMT-nin Yəmən üzrə nümayəndəsi Martin Qriffits bazar günü Sənaya gəlib.

İki gün davam edəcək səfərdə Qriffits Yəmən Milli Qurtuluş Hökumətinin rəsmiləri ilə görüşüb, hərtərəfli atəşkəs üçün siyasi prosesin inkişafını və Yəməndəki humanitar vəziyyəti müzakirə edəcək.


Story Code: 935412

News Link :
https://www.islamtimes.org/az/news/935412/bmt-rəsmisi-yəməndə

Islam Times
  https://www.islamtimes.org