0
Sunday 30 May 2021 - 22:56

BMT rəsmisi Yəməndə!

Story Code : 935412
BMT rəsmisi Yəməndə!
Yəmənin Ənsarullah hərəkatının sözçüsü bildirib ki, BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits Yəmənin Ənsarullah Hərəkatı lideri Seyid Əbdülməlik əl-Husi ilə görüşüb.

Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Əbdülməlik əl-Husi Yəməndəki humanitar vəziyyətin hərbi və ya siyasi məsələlərlə əlaqələndirilməsini qəbul etmədiyini söyləyib.

Görüşdə Əl-Husi BMT-nin Yəməndəki humanitar problemlərə yanaşmasını tənqid edib.

BMT-nin Yəmən üzrə nümayəndəsi Martin Qriffits bazar günü Sənaya gəlib.

İki gün davam edəcək səfərdə Qriffits Yəmən Milli Qurtuluş Hökumətinin rəsmiləri ilə görüşüb, hərtərəfli atəşkəs üçün siyasi prosesin inkişafını və Yəməndəki humanitar vəziyyəti müzakirə edəcək.