QR CodeQR Code

Bayden Putinə xəbərdarlıq etdi – Kremldən açıqlama gecikmədi

31 May 2021 22:16

İslamTimes: ABŞ Prezidenti Co Bayden və rusiyalı həmkarı Vladimir Putinin gündəmləri üst-üstə düşmür.


Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“ABŞ və Rusiyanın gündəmləri üst-üstə düşmür, amma ənənəvi olaraq Amerika tərəfinin qaldırdığı suallara cavab verməyə hazırıq. Təəssüf ki, əks tərəfin hazırlığı qənaətbəxş deyil”, - Ryabkov qeyd edib.

Qeyd edək ki, Bayden bundan əvvəl Putinlə insan haqları məsələsini müzakirə etmək niyyətində olduğunu bildirib: “Prezident Putinlə bir neçə həftə sonra Cenevrədə görüşəcəyəm. Ona insan hüquqlarının pozulmasına imkan verməyəcəyimizi açıqlayacağam”.

Rusiya və ABŞ prezidentləri arasında görüş iyunun 16-da Cenevrədə baş tutacaq.


Story Code: 935594

News Link :
https://www.islamtimes.org/az/news/935594/bayden-putinə-xəbərdarlıq-etdi-kremldən-açıqlama-gecikmədi

Islam Times
  https://www.islamtimes.org