QR CodeQR Code

ABŞ-ın bizi izləməsi qəbuledilməzdir - Makron

31 May 2021 23:46

İslamTimes: ABŞ və Danimarkanın avropalı siyasətçiləri izləməsi qəbuledilməzdir.


Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.

"Demək istəyirəm ki, bu, müttəfiqlər və avropalı tərəfdaşlar arasında qəbuledilməzdir", - Makron bildirib.

Onun sözlərinə görə, müttəfiqlər arasında şübhəyə yer olmamalıdır, bu səbəbdən Paris Vaşinqton və Kopenhagendən açıqlama gözləyir.

Qeyd edək ki, Almaniyanın "Süddeutsche Zeitung" qəzeti 2012-2014-cü illərdə ABŞ Milli Kəşfiyyat İdarəsinin Danimarkanın köməkliyi ilə avropalı siyasətçiləri izlədiyini iddia edib.


Story Code: 935602

News Link :
https://www.islamtimes.org/az/news/935602/abş-ın-bizi-izləməsi-qəbuledilməzdir-makron

Islam Times
  https://www.islamtimes.org