QR CodeQR Code

Bu gün Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti qalxacaq

2 Jun 2021 08:21

İslamTimes: Azərbaycanda bu gündən benzinin qiymətində dəyişiklik ediləcək.


Oxu.Az-ın əldə etdiyi məlumata görə, Aİ-95 markalı benzinin qiyməti 1.40 manat olacaq.

Məlumatlı mənbələrdən bildirilib ki, qiymət dəyişikliyinə beynəlxalq birjalarda neftin qiymətinin artması səbəb olub. Belə ki, Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmadığı, xaricdən idxal edildiyi üçün qiymət artımı labüd olub.

Qeyd edək ki, buna qədər sözügedən marka benzinin qiyməti 1.25 manat idi.

 


Story Code: 935840

News Link :
https://www.islamtimes.org/az/news/935840/bu-gün-azərbaycanda-ai-95-markalı-benzinin-qiyməti-qalxacaq

Islam Times
  https://www.islamtimes.org