QR CodeQR Code

İran Venesuelaya hərbi gəmilər göndərdi

2 Jun 2021 13:41

İslamTimes: İran dövlətinin sözçüsü Əli Rəbii ölkənin Venesuelaya neft tankerlərindən əlavə iki hərbi gəminin göndərilməsi ilə bağlı açıqlama verib.


Məlumata görə, ötən gün keçirilən mətbuat konfransında Venesuelaya iki hərbi gəminin göndərilməsinə toxunan dövlət rəsmisi bu kimi addımların istər Venesuela, istərsə də digər ölkələrlə bağlı normal olduğunu bildirib.
Rəbii əlavə edib ki, belə addımlar qaçaqçıların və dəniz quldurlarının qarşısını almaq, ətraf mühitin çirklənməsilə mübarizə məqsədilə atılır və üçüncü ölkənin əleyhinə deyil.
Qeyd edək ki, İran dövlətinin sözçüsü gəmilərin Venesuelaya nə zaman göndərildiyini və bunun davamlı olub-olmayacağı barədə heç bir şərh verməyib. /Eastnews/


Story Code: 935917

News Link :
https://www.islamtimes.org/az/news/935917/iran-venesuelaya-hərbi-gəmilər-göndərdi

Islam Times
  https://www.islamtimes.org