0
Wednesday 2 June 2021 - 13:41

İran Venesuelaya hərbi gəmilər göndərdi

Story Code : 935917
İran Venesuelaya hərbi gəmilər göndərdi
Məlumata görə, ötən gün keçirilən mətbuat konfransında Venesuelaya iki hərbi gəminin göndərilməsinə toxunan dövlət rəsmisi bu kimi addımların istər Venesuela, istərsə də digər ölkələrlə bağlı normal olduğunu bildirib.
Rəbii əlavə edib ki, belə addımlar qaçaqçıların və dəniz quldurlarının qarşısını almaq, ətraf mühitin çirklənməsilə mübarizə məqsədilə atılır və üçüncü ölkənin əleyhinə deyil.
Qeyd edək ki, İran dövlətinin sözçüsü gəmilərin Venesuelaya nə zaman göndərildiyini və bunun davamlı olub-olmayacağı barədə heç bir şərh verməyib. /Eastnews/