QR CodeQR Code

Çavuşoğlu: “Rusiyalı hərbçilər ölkədən çıxıblar”

3 Jun 2021 07:39

İslamTimes: “S-400” zenit-raket komplekslərinin təlimləri ilə əlaqədar Türkiyəyə gəlmiş rusiyalı hərbi mütəxəssislər ölkədən gedib”.


Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

“S-400” sistemləri yüz faiz bizim nəzarətimizdə olacaq”, - ölkənin baş diplomatı vurğulayıb.

Bir qrup rus hərbçi türk hərbçilərinə “S-400”-lərin idarə edilməsi ilə bağlı təlim verib. Rəsmi Vaşinqtonun bununla bağlı açıqlamasından sonra Çavuşoğlu rusiyalı mütəxəssislərin öz vətənlərinə geri qayıtdıqlarını deyib.

ABŞ mayın 28-də Türkiyəyə “S-400” zenit raket komplekslərinə alternativ təklif edib. Vaşinqton Türkiyə ilə bu məsələdə ortaq yol tapa biləcəyinə ümid etdiyini bildirib. Ankaraya konkret olaraq, hansı alternativin verildiyi məlum deyil.


Story Code: 936033

News Link :
https://www.islamtimes.org/az/news/936033/çavuşoğlu-rusiyalı-hərbçilər-ölkədən-çıxıblar

Islam Times
  https://www.islamtimes.org