QR CodeQR Code

Zelenski anti-Rusiya sanksiyalarını daha da sərtləşdirməyə çağırıb

3 Jun 2021 12:48

İslamTimes: Ukrayna Prezidenti Vladimir Zelenski, Moskvanın təcavüzkar hərəkətlərini dayandırana qədər Rusiyaya qarşı sanksiya siyasətinin davam etdirilməsinin vacib olduğunu bildirib.


SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bunu Ukrayna lideri Kiyevdə ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşdə deyib.

“AB və ABŞ-ın tətbiq etdiyi sanksiyalar bu gün artıq işə yaramır. Rusiya bununla yaşamağa öyrəşib, digər əraziləri ələ keçirməyə və Avropanı hədələməyə davam edir. Mədəni dünya buna icazə verə bilməz. Buna görə hesab edirəm ki, sadəcə təzyiq göstərmək kifayət etmir, sanksiya siyasətinin yeni formatını yaratmaq lazımdır", Ukrayna dövlətinin başçısı bildirib.

Onun sözlərinə görə, müvəqqəti işğal olunmuş ərazilərdə və Ukrayna sərhədi boyunca Rusiya qoşunlarının cəmləşməsi müşahidə edilir.

Zelenski bildirib ki, Rusiya Ukrayna sərhədləri boyunca və işğal altındakı Krımda təyyarə və hərbi texnikasının sayını artırır.


Story Code: 936072

News Link :
https://www.islamtimes.org/az/news/936072/zelenski-anti-rusiya-sanksiyalarını-daha-da-sərtləşdirməyə-çağırıb

Islam Times
  https://www.islamtimes.org