QR CodeQR Code

Qəzza müharibəsi nəticəsində 2000 fələstinli ailə evsiz qalıb

إسلام تايمز , 4 Jun 2021 01:13

İslamTimes: Fələstin hökuməti rəsmisi bildirib ki, işğalçı İsrailin hücumlarından sonra Qəzza zolağında təxminən 2000 ailə evlərinin dağıdılması səbəbiylə köçkün vəziyyətinə düşüb.


Qəzzanın Əmək və Sosial Müdafiə nazirinin müavini Naci Sarhan deyib: "Qəzzadakı 12 günlük müharibədə 1200 mənzil tamamilə dağıdıldı. Müharibədə zədələnmiş daha 1000 mənzil də yaşayış üçün yararsız duruma düşüb. Bundan əlavə, 20.000 mənzilə müxtəlif dərəcələrdə zərər toxunub.

İlkin hesablamalara görə, mənzillərin yenidən tikilməsi və təmiri üçün 150 milyon dollar büdcə lazımdır. Evlərini itirmiş fələstinlilərin sayı 10.000-ə yaxındır. Onlardan bir hissəsinə müvəqqəti sığınacaq hazırlansa da, 2000-i hələ də köçkündür.


Story Code: 936181

News Link :
https://www.islamtimes.org/az/news/936181/qəzza-müharibəsi-nəticəsində-2000-fələstinli-ailə-evsiz-qalıb

Islam Times
  https://www.islamtimes.org