0
Friday 4 June 2021 - 01:13

Qəzza müharibəsi nəticəsində 2000 fələstinli ailə evsiz qalıb

Story Code : 936181
Qəzza müharibəsi nəticəsində 2000 fələstinli ailə evsiz qalıb
Qəzzanın Əmək və Sosial Müdafiə nazirinin müavini Naci Sarhan deyib: "Qəzzadakı 12 günlük müharibədə 1200 mənzil tamamilə dağıdıldı. Müharibədə zədələnmiş daha 1000 mənzil də yaşayış üçün yararsız duruma düşüb. Bundan əlavə, 20.000 mənzilə müxtəlif dərəcələrdə zərər toxunub.

İlkin hesablamalara görə, mənzillərin yenidən tikilməsi və təmiri üçün 150 milyon dollar büdcə lazımdır. Evlərini itirmiş fələstinlilərin sayı 10.000-ə yaxındır. Onlardan bir hissəsinə müvəqqəti sığınacaq hazırlansa da, 2000-i hələ də köçkündür.