QR CodeQR Code

Co Bayden Administrasiyası fələstinlilərlə əlaqələri bərpa edəcəyini bildirib

5 Jun 2021 10:32

İslamTimes: “ABŞ hökuməti fələstinlilərlə əlaqələri bərpa edəcək. İsraillilər və fələstinlilər azadlıqdan, fürsətlərdən və hüquq toxunulmazlığından bəhrələnmək üçün bərabər şəkildə tədbirlərin görülməsinə layiqdirlər.”


SalamNews Sputnik-ə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Antonio Blinken rəsmi tvitter səhifəsində yazıb.

Antonio Blinken Qəzza müharibəsindən sonra bölgəyə səfər etdiyini bildirib və əlavə edib ki, ABŞ fələstinlilərlə əlaqələri bərpa edəcək.

Qeyd edək ki, sabiq ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı tanıyandan sonra, Fələstin Muxtariyyətinin ABŞ-dakı nümayəndəliyini də bağlayıb. Tramp həmçinin BMT-nin Fələstinli qaçqınlar üzrə fonduna dəstəyini dayandırıb və münaqişə üzrə yayımladığı yeni planda İsrailin işğal edilmiş Fələstin ərazilərinin üzərində suverenliyini tanıyıb.

Yeni ABŞ hökuməti fələstinlilərlə münasibətləri normallaşdırmaq istiqamətində vəd etdiyi ilk addımı şərh edərək bildirib ki, ABŞ-ın Fələstin üzrə konsulluğunu Qüdsdə açacaq.


Story Code: 936402

News Link :
https://www.islamtimes.org/az/news/936402/co-bayden-administrasiyası-fələstinlilərlə-əlaqələri-bərpa-edəcəyini-bildirib

Islam Times
  https://www.islamtimes.org