QR CodeQR Code

İsrail polisindən növbəti vəhşilik - Əl-Cəzirə müxbiri döyüldü və...

وكالات , 6 Jun 2021 01:21

İslamTimes: İşğalçı İsrail rejimi polisi Qüds şəhərində fələstinlilərə qarşı vəhşilikləri işıqlandırdığı üçün döyülüb və kamerası sındırılıb


Xarici mediada yer alan xəbərlərə görə, işğalçı Sionist rejim polisi şənbə günü axşam Əl-Cəzirə telekanalının müxbiri Civara əl-Bədirini işğal altındakı Qüdsün Şeyx Cərrah bölgəsində döydükdən sonra həbs edib.

Yayımlanan görüntülərdən də aydın olduğu kimi, işğalçı İsrail rejimi polisi Qüdsün Şeyx Cərrah bölgəsində fələstinlilərə qarşı zorakılıqları, qeyri-insani davranışları işıqlandıran əl-Bədirini saxladıqdan sonra onun kamerasını da qıraraq, yararsız hala gətirib.

Sionist rejim polisi şənbə günü şəhid Ömər əl-Qasimin ailəsinin Şeyx Cərrah bölgəsindən qovulmasına etiraz edən fələstinlilərə qarşı zor tətbiq edərək, onların etiraz səsini boğmağa çalışıb.


Story Code: 936518

News Link :
https://www.islamtimes.org/az/news/936518/israil-polisindən-növbəti-vəhşilik-əl-cəzirə-müxbiri-döyüldü-və

Islam Times
  https://www.islamtimes.org