0
Sunday 6 June 2021 - 01:21

İsrail polisindən növbəti vəhşilik - Əl-Cəzirə müxbiri döyüldü və...

Story Code : 936518
İsrail polisindən növbəti vəhşilik - Əl-Cəzirə müxbiri döyüldü və...
Xarici mediada yer alan xəbərlərə görə, işğalçı Sionist rejim polisi şənbə günü axşam Əl-Cəzirə telekanalının müxbiri Civara əl-Bədirini işğal altındakı Qüdsün Şeyx Cərrah bölgəsində döydükdən sonra həbs edib.

Yayımlanan görüntülərdən də aydın olduğu kimi, işğalçı İsrail rejimi polisi Qüdsün Şeyx Cərrah bölgəsində fələstinlilərə qarşı zorakılıqları, qeyri-insani davranışları işıqlandıran əl-Bədirini saxladıqdan sonra onun kamerasını da qıraraq, yararsız hala gətirib.

Sionist rejim polisi şənbə günü şəhid Ömər əl-Qasimin ailəsinin Şeyx Cərrah bölgəsindən qovulmasına etiraz edən fələstinlilərə qarşı zor tətbiq edərək, onların etiraz səsini boğmağa çalışıb.
Source : وكالات