QR CodeQR Code

Baş nazirlikdən gedən Netanyahudan ilk açıqlama

13 Jun 2021 23:45

İslamTimes: Baş nazir kabinetini tərk etməyimə baxmayaraq, siyasətdən çəkilməyəcəyəm.


Axar.az xəbər verir ki, bu sözləri işğalçı İsrailin artıq keçmiş baş naziri sayılan Benyamin Netanyahu deyib.

O, hazırda müxalifətə keçən “Likud” partiyasının rəhbəri olaraq qalacağını və gələcək seçkilərdə namizəd olacağını bildirib:

“Bu təhlükəli solçu hökuməti (bu gün seçilən hökuməti nəzərdə tutur - red.) devirmək üçün gündəlik mübarizənizdə sizə rəhbərlik edəcəyəm və Allahın köməyi ilə bu, düşündüyünüzdən daha sürətli olacaq”.

Qeyd edək ki, sionist rejim Knesseti yeni hökumətin tərkibini təsdiq edib. Qərara əsasən, yeni hökumətə Naftali Bennet rəhbərlik edəcək.


Story Code: 937910

News Link :
https://www.islamtimes.org/az/news/937910/baş-nazirlikdən-gedən-netanyahudan-ilk-açıqlama

Islam Times
  https://www.islamtimes.org