0
Sunday 13 June 2021 - 23:45

Baş nazirlikdən gedən Netanyahudan ilk açıqlama

Story Code : 937910
Baş nazirlikdən gedən Netanyahudan ilk açıqlama
Axar.az xəbər verir ki, bu sözləri işğalçı İsrailin artıq keçmiş baş naziri sayılan Benyamin Netanyahu deyib.

O, hazırda müxalifətə keçən “Likud” partiyasının rəhbəri olaraq qalacağını və gələcək seçkilərdə namizəd olacağını bildirib:

“Bu təhlükəli solçu hökuməti (bu gün seçilən hökuməti nəzərdə tutur - red.) devirmək üçün gündəlik mübarizənizdə sizə rəhbərlik edəcəyəm və Allahın köməyi ilə bu, düşündüyünüzdən daha sürətli olacaq”.

Qeyd edək ki, sionist rejim Knesseti yeni hökumətin tərkibini təsdiq edib. Qərara əsasən, yeni hökumətə Naftali Bennet rəhbərlik edəcək.