QR CodeQR Code

KÜRDLƏR İSRAIL ILƏ ƏLAQƏLƏRINI KƏSMƏLIDIR

İslam-Azeri.az , 6 Aug 2009 17:34

İslam-Azeri.az internet qəzetinin Forat Nyusa istinadlı xəbərinə görə İraq parlamentinin nüfuzlu Kürd millət vəkillərindən olan Doktor Mahmud Osman, Kürdüstan liderlərinin İsrail ilə qurduqları əlaqələrinə mənfi münasibət bildirib.


İraqda nəşr edilən Əl Bəyyunətul Cədidə qəzetinə müsahibə verən Kürdüstan İttifaqı millət vəkillərindən Mahmud Osman, Kürdlərin İsrail ilə qurduqları əlaqələrə görə çox zərər gördüklərini ifadə edərək, Kürd liderlərdən İsrail ilə əlaqələrini tamamilə kəsmələrini istəyib.


Kürdüstan bölgəsinin İraqın bir parçası olduğunu önə çəkən və Suriya, İraq və İranın İsrail ilə əlaqələrinin yaxşı olmadığına işarə edən Mahmud Osman, İraqlı Kürdlərin mövcud şərtlər altında İsraillə deyil, Ərəblərlə və İranla yaxşı əlaqələr qurmasının lazım olduğunu bildirib.


Story Code: 9385

News Link :
https://www.islamtimes.org/az/news/9385/kürdlər-israil-ilə-əlaqələrini-kəsməlidir

Islam Times
  https://www.islamtimes.org