QR CodeQR Code

Tramp ABŞ-dakı son prezident seçkilərini “əsrin cinayəti” adlandırıb

27 Jun 2021 20:15

İslamTimes: ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövlət başçısı postunu tərk etdikdən sonra ilk mitinqini keçirib.


“İzvestiya” məlumat verir ki, tərəfdarları qarşısında çıxış edən siyasətçi, hər zaman olduğu kimi bu dəfə də maraqlı açıqlamaları ilə yadda qalıb.

O, 2020-ci ildə ölkəsində keçirilən prezident seçkilərini “əsrin cinayəti” adlandırıb və səsvermənin nəticələrini tanımadığını bir daha bəyan edib.

Tramp qeyd edib ki, Baydenin hakimiyyəti dövründə Rusiya və Çin kimi ölkələr ABŞ-ı alçaldır.

Eks-prezident tərəfdarlarına Amerikanı özlərinə qaytaracaqlarına da söz verib.

 


Story Code: 940367

News Link :
https://www.islamtimes.org/az/news/940367/tramp-abş-dakı-son-prezident-seçkilərini-əsrin-cinayəti-adlandırıb

Islam Times
  https://www.islamtimes.org