0
Sunday 27 June 2021 - 20:15

Tramp ABŞ-dakı son prezident seçkilərini “əsrin cinayəti” adlandırıb

Story Code : 940367
Tramp ABŞ-dakı son prezident seçkilərini “əsrin cinayəti” adlandırıb
“İzvestiya” məlumat verir ki, tərəfdarları qarşısında çıxış edən siyasətçi, hər zaman olduğu kimi bu dəfə də maraqlı açıqlamaları ilə yadda qalıb.

O, 2020-ci ildə ölkəsində keçirilən prezident seçkilərini “əsrin cinayəti” adlandırıb və səsvermənin nəticələrini tanımadığını bir daha bəyan edib.

Tramp qeyd edib ki, Baydenin hakimiyyəti dövründə Rusiya və Çin kimi ölkələr ABŞ-ı alçaldır.

Eks-prezident tərəfdarlarına Amerikanı özlərinə qaytaracaqlarına da söz verib.