QR CodeQR Code

İşğalçı ABŞ İraq xalqının müdafiə əzmini qıra bilməyəcək! - Hizbullah

إسلام تايمز , 28 Jun 2021 21:00

İslamTimes: Amerikanın hücumları İraq xalqının ölkələrinin azadlığı yolunda apardıqları mübarizədə əzmlərinin artmasına səbəb olacaq


Livan Hizbullahı bugünki bəyanatında Həşd əl-Şəbi Müqavimət Hərəkatının İraq-Suriya sərhədi yaxınlığındakı mövqelərinin bombalanmasına münasibət bildirib. Hizbullah ABŞ-ın bu addımının İraqın suverenliyinin açıq şəkildə pozulması anlamına gəldiyini bildirib.

Al-Mənar saytının məlumatına görə, bəyanatda bildirilib ki, bir çox Müqavimət üzvünün ölümünə səbəb olan ABŞ işğalçılarının hücumu İraqın terror və təkfirçi qruplara qarşı müqavimətini zəiflətmək məqsədi daşıyır.

Livan Hizbullahı, ABŞ-ın təcavüzünü pisləyən İraq rəsmilərinin mövqeyini yüksək qiymətləndirib, şəhid ailələrinə başsağlığı verib. Hizbullah qeyd edib ki, işğalçı ABŞ qüvvələri tərəfindən İraq ordusuna qarşı həyata keçirilən hava hücumları İraq xalqının vətənlərini azad etmək və yolunda başlatdıqları müdafiə əzmini daha da artıracaq.


Story Code: 940558

News Link :
https://www.islamtimes.org/az/news/940558/işğalçı-abş-iraq-xalqının-müdafiə-əzmini-qıra-bilməyəcək-hizbullah

Islam Times
  https://www.islamtimes.org