QR CodeQR Code

ABŞ-ın Suriyadakı hərbi bazası atəşə tutulub

29 Jun 2021 00:04

İslamTimes: Suriyanın şimal-şərqindəki Deyr-əz-Zor əyalətində neftli Əl-Ömər torpaqlarında yerləşən ABŞ hərbi bazası raket hücumuna məruz qalıb.


APA xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.

“ABŞ bazası Deyr-əz-Zorun kənd sahəsindən, Əl-Ömər neft yataqları bölgəsindən reaktiv mərmilərlə atəşə tutulub”, - deyə məlumatda qeyd olunub.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının rəsmi nümayəndəsi polkovnik Ueyn Marotto da raket hücumunu təsdiqləyib və nəticədə itki olmadığını bildirib.


Story Code: 940600

News Link :
https://www.islamtimes.org/az/news/940600/abş-ın-suriyadakı-hərbi-bazası-atəşə-tutulub

Islam Times
  https://www.islamtimes.org