QR CodeQR Code

ABŞ həbsxanalardakı İŞİD üzvlərini xilas etməyə çalışır?

29 Jun 2021 11:51

İslamTimes: “Suriyada kürdlərin həbsxanalarında 10 min civarında İŞİD üzvü var. Bu həmişə belə davam edə bilməz. Onlar öz ölkələrinə qaytarılmalı və orada mühakimə edilməlidirlər.”


SalamNews BBC-ə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Antonio Blinken deyib.

Romada “İŞİD-ə qarşı hərbi koalisiya”ya üzv ölkələrin toplantısında çıxış edən ABŞ dövlət katibi Suriyada kürdlərin nəzarətindəki həbsxanalarda 10 min civarında İŞİD üzvünün olduğunu bildirib.

O bu terrorçuların öz ölkələrinə qaytarılması və orada mühakimə edilməsini istəyib.

A.Blinken bildirib ki, bu şəxslərin daima Suriyada həbsdə qalması mümkün deyil.

Qeyd edək ki, Suriya və Rusiya ordu mənbələri bu terrorçuların ABŞ qüvvələri tərəfindən fərqli bölgələrdə hücumlar həyata keçirmək üçün müxtəlif istiqamətlərə köçürüldüklərini bildirirlər.


Story Code: 940650

News Link :
https://www.islamtimes.org/az/news/940650/abş-həbsxanalardakı-işid-üzvlərini-xilas-etməyə-çalışır

Islam Times
  https://www.islamtimes.org