0
Tuesday 29 June 2021 - 11:51

ABŞ həbsxanalardakı İŞİD üzvlərini xilas etməyə çalışır?

Story Code : 940650
ABŞ həbsxanalardakı İŞİD üzvlərini xilas etməyə çalışır?
SalamNews BBC-ə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Antonio Blinken deyib.

Romada “İŞİD-ə qarşı hərbi koalisiya”ya üzv ölkələrin toplantısında çıxış edən ABŞ dövlət katibi Suriyada kürdlərin nəzarətindəki həbsxanalarda 10 min civarında İŞİD üzvünün olduğunu bildirib.

O bu terrorçuların öz ölkələrinə qaytarılması və orada mühakimə edilməsini istəyib.

A.Blinken bildirib ki, bu şəxslərin daima Suriyada həbsdə qalması mümkün deyil.

Qeyd edək ki, Suriya və Rusiya ordu mənbələri bu terrorçuların ABŞ qüvvələri tərəfindən fərqli bölgələrdə hücumlar həyata keçirmək üçün müxtəlif istiqamətlərə köçürüldüklərini bildirirlər.