QR CodeQR Code

Mahmud Abbas: Normallaşma bir xülyadır ki, heç vaxt sülhə səbəb olmayacaq!

إسلام تايمز , 29 Jun 2021 23:06

İslamTimes: Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbas, son zamanlarda sionist rejimlə bir sıra ərəb ölkələri arasında əldə olunan "münasibətlərin normallaşdırılması" razılaşmasının heç vaxt sülhə səbəb olmayacaq bir xülya olduğunu söyləyib.


"Əl-Qüds əl-Ərəbi" qəzetinin verdiyi məlumata görə, Mahmud Abbas Ramallahda "Qüds" Universitetində təşkil olunan elmi konfransdakı çıxışı zamanı deyib: “Hamıya aydın oldu ki, "Abraham normallaşma" sazişi nəticəsiz olacaq bir fantaziyadır!"

O əlavə edib: "İşğala son qoyulmayınca, Fələstin xalqı azadlığa, müstəqilliyə qovuşmayınca, fələstinlilər üçün paytaxtı Qüds olan bir dövlət qurulmayınca sülh və təhlükəsizlik təmin olunmayacaq."

Fələstin Muxtariyyətinin rəhbəri bildirib ki, dünya artıq İsrailin əsil simasını görür, sionist rejimin işğalçı və irqçi bir rejim olduğunu qəbul edir.


Story Code: 940746

News Link :
https://www.islamtimes.org/az/news/940746/mahmud-abbas-normallaşma-bir-xülyadır-ki-heç-vaxt-sülhə-səbəb-olmayacaq

Islam Times
  https://www.islamtimes.org