0
Tuesday 29 June 2021 - 23:06

Mahmud Abbas: Normallaşma bir xülyadır ki, heç vaxt sülhə səbəb olmayacaq!

Story Code : 940746
Mahmud Abbas: Normallaşma bir xülyadır ki, heç vaxt sülhə səbəb olmayacaq!
"Əl-Qüds əl-Ərəbi" qəzetinin verdiyi məlumata görə, Mahmud Abbas Ramallahda "Qüds" Universitetində təşkil olunan elmi konfransdakı çıxışı zamanı deyib: “Hamıya aydın oldu ki, "Abraham normallaşma" sazişi nəticəsiz olacaq bir fantaziyadır!"

O əlavə edib: "İşğala son qoyulmayınca, Fələstin xalqı azadlığa, müstəqilliyə qovuşmayınca, fələstinlilər üçün paytaxtı Qüds olan bir dövlət qurulmayınca sülh və təhlükəsizlik təmin olunmayacaq."

Fələstin Muxtariyyətinin rəhbəri bildirib ki, dünya artıq İsrailin əsil simasını görür, sionist rejimin işğalçı və irqçi bir rejim olduğunu qəbul edir.