QR CodeQR Code

Buşehr AES-in turbinləri sınaqdan uğurla keçib

24 Aug 2011 17:02

IslamTimes - Çərşənbə axşamı Buşəhr AES-in dəqiqədə 3 min dəfə dövr edən turbinləri uğurla sınaqdan keçib


Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firudin Abbasi-Dəvani deyib. Məlumatı IRNA yayıb.

Onun sözlərinə görə, Buşəhr AES-in reaktorunun gücü 400 MVt-a çatır.

"Ramazan ayının sonuna yaxın (29 avqust) Buşəhr AES-in işə başlaması üçün zəruri işlər görülür", - Abbasi deyib.

AES Rusiyanın rəsmi nümayəndələrinin stansiyanın açılışında iştirak etməsi üçün 2-3 günlük gecikmə ilə işə başlaya bilər.

Rusiya və İran 1992-ci il avqustunda atom enerjisindən dincməqsədli istifadə sahəsində əməkdaşlıq haqqında və İranda AES-in tikintisi barədə saziş imzalayıblar. 1995-ci ilin yanvarında birinci blokun tikintisinin başa çatdırılmasına dair müqavilə imzalanıb. 2011-ci il yanvarın sonlarında "Atomstroyeksport" İranın birinci Buşəhr AES-nin fiziki işə salınmasının növbəti mərhələsini həyata keçirib. Fiziki buraxılış (2009-cu ilin avqustunda başlayıb) atom stansiyasının nüvə enerjisi blokunun bütün sisteminin sınaq mərhələsinin başa çatması deməkdir. Daha sonra, yəni yanacağın gətirilməsindən sonra reaktorda enerji buraxılışına, elektrik enerjisinin istehsalına başlanması üzrə hazırlıq aparılacaq.


Story Code: 94201

News Link :
https://www.islamtimes.org/az/news/94201/buşehr-aes-in-turbinləri-sınaqdan-uğurla-keçib

Islam Times
  https://www.islamtimes.org