0
Wednesday 24 August 2011 - 17:02

Buşehr AES-in turbinləri sınaqdan uğurla keçib

Story Code : 94201
Buşehr AES-in turbinləri sınaqdan uğurla keçib
Buşehr AES-in turbinləri sınaqdan uğurla keçib
Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firudin Abbasi-Dəvani deyib. Məlumatı IRNA yayıb.

Onun sözlərinə görə, Buşəhr AES-in reaktorunun gücü 400 MVt-a çatır.

"Ramazan ayının sonuna yaxın (29 avqust) Buşəhr AES-in işə başlaması üçün zəruri işlər görülür", - Abbasi deyib.

AES Rusiyanın rəsmi nümayəndələrinin stansiyanın açılışında iştirak etməsi üçün 2-3 günlük gecikmə ilə işə başlaya bilər.

Rusiya və İran 1992-ci il avqustunda atom enerjisindən dincməqsədli istifadə sahəsində əməkdaşlıq haqqında və İranda AES-in tikintisi barədə saziş imzalayıblar. 1995-ci ilin yanvarında birinci blokun tikintisinin başa çatdırılmasına dair müqavilə imzalanıb. 2011-ci il yanvarın sonlarında "Atomstroyeksport" İranın birinci Buşəhr AES-nin fiziki işə salınmasının növbəti mərhələsini həyata keçirib. Fiziki buraxılış (2009-cu ilin avqustunda başlayıb) atom stansiyasının nüvə enerjisi blokunun bütün sisteminin sınaq mərhələsinin başa çatması deməkdir. Daha sonra, yəni yanacağın gətirilməsindən sonra reaktorda enerji buraxılışına, elektrik enerjisinin istehsalına başlanması üzrə hazırlıq aparılacaq.
Comment