QR CodeQR Code

Faleh əl-Fayyaz: Həşd əl-Şəbi İraqda təhlükəsizliyi bərqərar edən əsas qüvvədir!

إسلام تايمز , 10 Jul 2021 23:34

İslamTimes: İraqın Həşd əl-Şəbi rəhbəri Faleh əl-Fəyyaz Mosulun İŞİD işğalından azad edilməsinin ildönümü ilə əlaqədar bir açıqlama verib.


"Əl-Məlumə" xəbər saytı bu açıqlamaya istinadla yazıb ki, Mosulun İŞİD-in caynağından qurtulması son və tam qələbənin, İraq ərazilərinin bir təcavüzkardan azad edilməsinin başlanğıcı idi.

Faleh əl-Fəyyaz deyib: "Biz bildirmişik ki, Həşd əl-Şəbi İraqın təhlükəsizliyi və sabitliyini təmin edən əsas qüvvə olaraq qalacaq, orduya və digər təhlükəsizlik qüvvələrinə daim dəstək verəcək."

İraqın baş naziri Mustafa əl-Kazimi, Mosulun azad edilməsinin dördüncü ildönümü ilə əlaqədar açıqlama yayaraq keçmiş səhvləri təkrarlamamağın vacib olduğunu bildirib.


Story Code: 942762

News Link :
https://www.islamtimes.org/az/news/942762/faleh-əl-fayyaz-həşd-şəbi-iraqda-təhlükəsizliyi-bərqərar-edən-əsas-qüvvədir

Islam Times
  https://www.islamtimes.org