QR CodeQR Code

Qəddafinin ölüsünü və ya dirisini gətirəcək şəxslərə mükafat vəd olunub

25 Aug 2011 00:03

IslamTimes - Liviya üsyançılarının liderləri Müəmmər Qəddafinin ölüsü və ya dirisi üçün 1,6 milyon dollar mükafat təyin ediblər.


APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, Qəddafini təslim edəcək, yaxud öldürəcək şəxslərə amnistiya da vəd olunub. Müvafiq müraciət diktatorun yaxın silahdaşlarına çatdırılıb. Liviyalı bəzi iş adamları mükafatı ödəməyə razılıq veriblər.

Qeyd edək ki, hazırda Qəddafi və onun ailə üzvlərinin harada olduqları bəlli deyil. Onun iqamətgahı müxaliflər tərəfindən ələ keçirilib.


Story Code: 94295

News Link :
https://www.islamtimes.org/az/news/94295/qəddafinin-ölüsünü-və-ya-dirisini-gətirəcək-şəxslərə-mükafat-vəd-olunub

Islam Times
  https://www.islamtimes.org