QR CodeQR Code

Fransada peyvəndlənməyən həkimlər maaş ala bilməyəcək

13 Jul 2021 03:38

İslamTimes: Fransada koronavirusa qarşı peyvəndlənməyən tibb işçiləri 15 sentyabrdan etibarən işləyə və maaş ala bilməyəcək.


Axar.az xəbər verir ki, bu barədə Fransa səhiyyə naziri Olivye Veran deyib.

“Sentyabrın 15-ə qədər tibb işçiləri vaksinasiyadan keçməyəcəksə, o zaman işləyə bilməyəcəklər və biz də onlara ödəniş etməyəcəyik”, - deyə nazir bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron ölkədə bütün tibb işçilərinin məcburi peyvəndlənməsi ilə bağlı göstəriş verib.


Story Code: 943132

News Link :
https://www.islamtimes.org/az/news/943132/fransada-peyvəndlənməyən-həkimlər-maaş-ala-bilməyəcək

Islam Times
  https://www.islamtimes.org