0
Tuesday 13 July 2021 - 03:38

Fransada peyvəndlənməyən həkimlər maaş ala bilməyəcək

Story Code : 943132
Fransada peyvəndlənməyən həkimlər maaş ala bilməyəcək
Axar.az xəbər verir ki, bu barədə Fransa səhiyyə naziri Olivye Veran deyib.

“Sentyabrın 15-ə qədər tibb işçiləri vaksinasiyadan keçməyəcəksə, o zaman işləyə bilməyəcəklər və biz də onlara ödəniş etməyəcəyik”, - deyə nazir bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron ölkədə bütün tibb işçilərinin məcburi peyvəndlənməsi ilə bağlı göstəriş verib.